AZ

"Sabah" Letiçlə vidalaşdı - RƏSMİ

"Sabah" müdafiəçi Boyan Letiçlə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Letiç 2022-ci ilin fevral ayından "Sabah"ın üzvü idi. O, komandanın heyətində ümumilikdə 125 oyun keçirib. Letiç "Sabah"ın tarixində önəmli rol oynamış futbolçulardandı. 33 yaşlı müdafiəçi klubun tarixi ərzində ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də "Sabah"ın avrokuboklarda ilk qolunun müəllifidi.

Letiç "Sabah"ın heyətində premyer-liqanın gümüş və bürünc medallarını qazanıb, ölkə kubokunun qalibi olub.

Seçilən
23
10
football-plus.az

10Mənbələr