Bakı. Trend:
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Özbəkistana68,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixracolunub.
Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə 32,5 milyon ABŞ dollar və ya 1,9 dəfə çoxdur.
2025-ci ilin 11 ayı ərzində Özbəkistana ixrac olunan qeyri-neftməhsullarının Azərbaycanın ümumi ixracındakı payı 2,06 faiz təşkiledib.
Beləcə Özbəkistan Azərbaycandan ən çox qeyri-neft məhsullarıidxal edən ölkələr sırasında 9-cu yeri tutub.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycanxarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğindəticarət əməliyyatı həyata keçirib. Bu, keçən ilin eyni dövrü iləmüqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilərzində ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalmış, idxal isə2,416 milyard ABŞ dolları və ya 12,9% artmışdır.