Bakı. Trend:
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Belarusaümumilikdə 71 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsullarıixrac olunub.
Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 27,6 milyon dollar və ya 1,6 dəfə çoxdur.
2025-ci ilin 11 ayı ərzində Azərbaycandan Belarusa ixrac olunanqeyri-neft məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 2,14faiz təşkil edib.
Beləliklə, Belarus Azərbaycandan ən çox qeyri neft-məhsullarıixrac edən ölkələrin sırasında səkkizinci yer tutub.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycanxarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğindəticarət əməliyyatı həyata keçirib. Bu, keçən ilin eyni dövrü iləmüqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilərzində ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalmış, idxal isə2,416 milyard ABŞ dolları və ya 12,9% artırıb.