AZ

BƏƏ Azərbaycandan qeyri-neft məhsullarının idxalını iki dəfədən çox artırıb

Bakı. Trend:

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan BirləşmişƏrəb Əmirliklərinə (BƏƏ) 105,9 milyon dollar dəyərində qeyri-neftməhsulları ixrac olunub.

Trend bu barədəAzərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünün göstəricisiilə müqayisədə 55,6 milyon dollar və ya 2,1 dəfə çoxdur.

2025-ci ilin 11 ayı ərzində Azərbaycandan BƏƏ ixrac olunmuşqeyri-neft məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 3,19faiz təşkil edib.

Beləliklə, hesabat dövrü ərzində BƏƏ Azərbaycandan ən çoxqeyri-neft məhsulları almış ölkələr arasında altıncı yer tutub.

Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycanxarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğindəticarət əməliyyatı həyata keçirib. Bu, keçən ilin eyni dövrü iləmüqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilərzində ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalmış, idxal isə2,416 milyard ABŞ dolları və ya 12,9% artmışdır.

Seçilən
27
6
az.trend.az

10Mənbələr