Azpost portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu gün futbol üzrə Türkiyə Superkubokunda final oyunu keçiriləcək.
Həlledici görüşdə əzəli rəqiblər – “Qalatasaray” və “Fənərbağça” qarşılaşacaq.
Atatürk Olimpiya Stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 19:45-də başlayacaq. Qarşılaşmanı Halil Umut Mələr idarə edəcək.
Qeyd edək ki, yarımfinalda “Qalatasaray” “Trabzonspor”u, “Fənərbağça” isə “Samsunspor”u mübarizədən kənarlaşdırıb.
AzPost.az
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.