AZ

“Qarabağ” da Türkiyəyə getdi – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionatının sonuncu qalibi “Qarabağ” qış təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanıb.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün günortadan sonra Antalyaya yola düşüb.

Qurban Qurbanovun çalışdırdığı komanda hazırlığını yanvarın 17-nə qədər Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçirəcək.

Toplanış çərçivəsində Azərbaycan çempionu yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə qarşılaşacaq. Oyuna saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da) start veriləcək. Yanvarın 16-da isə Polşanın “Zaqlenbe” (Lyubin) klubu ilə sınaq matçı baş tutacaq. Bu oyuna da saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) start veriləcək.

Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Komanda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində Almaniyanın “Ayntraxt” (Frankfurt) kollektivi ilə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
54
12
arena.az

10Mənbələr