AZ

“Sabah” “Şamaxı”ya yoxlama oyununda qalib gəldi – ARENA.AZ

Qış təlim-məşq toplanışını Azərbaycanda davam etdirən “Sabah” və “Şamaxı” komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Arena.az xəbər verir ki, sözügedən komandalar “Masazır Arena”da qarşılaşıblar.

Meydan sahibləri bu görüşdə bölgə təmsilçisini 2:0 hesabı ilə məğlub ediblər. Qalib komandanın qollarını 26-cı dəqiqədə Jesse Sekidika və 29-cu dəqiqədə Stefen Ende vurublar.

Qeyd edək ki, Stefen Ende paytaxt klubunun əvəzedicilərdən ibarət komandasının üzvüdür.

Bu, hər iki komandanın ilk yoxlama matçı olub. “Şamaxı” yanvarın 17-də “Dalğa Arena”da Azərbaycanın U-21 millisi ilə qarşılaşacaq. “Sabah”ın digər rəqibi isə hələ açıqlanmayıb.

“Bayquşlar” Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün geridə qalmış hissəsini 37 xalla zirvədə tamamlayıblar. Valdas Dambrauskasın komandası 16 oyuna 11 qələbə, 4 heç-heçə, 1 məğlubiyyət görüb.

“Şamaxı” isə keçirdiyi 16 oyunda 5 qələbə qazanıb, 5 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb. 20 xalı olan Ayxan Abbasovun komandası turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
45
12
arena.az

10Mənbələr