Bu gün basketbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, yeni mövsümün ilk oyun günündə iki qarşılaşma baş tutub.
Öncə, “Neftçi” və “Lənkəran” kollektivləri qarşılaşıblar. Bakı İdman Sarayında baş tutmuş matçda 86:54 hesablı qələbə qazanan paytaxt təmsilçisi 1/4 finala yüksəlib.
“Neftçi”nin növbəti raunddakı rəqibi “Gəncə” komandası olacaq.
Günün digər oyunu da Bakı İdman Sarayında keçirilib. Bu dəfə “Naxçıvan” və “Quba” komandaları üz-üzə gəliblər. Rəqibinə 105:98 hesabı ilə qalib gələn “Quba” 1/4 finala adlayıb. Bölgə təmsilçisinin növbəti raunddakı rəqibi “Sabah” olacaq.
Qeyd edək ki, basketbol Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunları fevralın 18-22-si aralığında gerçəkləşəcək. 1/8 finalın növbəti oyunları isə sabah keçiriləcək. Yanvarın 14-də “Şəki” – “Sərhədçi” və NTD – “Sumqayıt” oyunları keçiriləcək. “Şəki” – “Sərhədçi” matçının qalibi 1/4 finalda “Abşeron Lions”la, NTD – “Sumqayıt” cütünün güclüsü isə “Ordu” ilə münasibətlərə aydınlıq gətirəcək. Bu raundun oyunları fevralın 18-22-si aralığında gerçəkləşəcək.
