Bu gün futbol üzrə İtaliya Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, növbəti oyun günündə bir qarşılaşma baş tutub.
“Roma” doğma meydanda “Torino” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı qarşılaşma Turin təmsilçisinin çətin qələbəsiylə yekunlaşıb. Beləliklə, “Torino” 1/4 finala yüksəldiyi halda “Roma” mübarizəni dayandırıb.
İtaliya Kubokunda 1/8 final mərhələsinə yanvarın 27-də keçiriləcək “Fiorentina” – “Komo” oyunu ilə yekun vurulacaq.
İtaliya Kuboku
1/8 final
2 dekabr
Yuventus – Udineze 2:0
Qollar: David, 23. Lokatelli, 68-pen.
3 dekabr
Atalanta – Cenoa 4:0
Qollar: Djimsiti, 19. De Ron, 54. Paşaliç, 82. Ahanor, 90+1.
Napoli – Kalyari 1:1 (penaltilər 9:8)
Qollar: Lukka, 28 – S.Espozito, 67.
İnter – Venesiya 5:1
Qollar: Diuf, 18. F.Espozito, 20. Türam, 34; 51. Bonni, 75 – Saqrado, 66.
4 dekabr
Bolonya – Parma 2:1
Qollar: Rou, 38. Kastro, 89 – Benediçak, 13.
Latsio – Milan 1:0
Qol: Zakkayni, 80.
13 yanvar
Roma – Torino 2:3
Qollar: Hermoso, 46. Arena, 81 – K.Adams, 35; 52. Ə.İlkhan, 90.
27 yanvar
00:00. Fiorentina – Komo
