AZ

Maykl Karrik – “Mançester Yunayted”in yeni baş məşqçisi! – ARENA.AZ

44 yaşlı ingilis mütəxəssis Maykl Karrik İngiltərənin “Mançester Yunayted” komandasının müvəqqəti baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında imzalanmış müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Xatırladaq ki, “Mançester Yunayted” yanvarın 5-də portuqaliyalı Ruben Amorimi istefaya göndərdiyini açıqlamışdı. Ondan sonra baş tutmuş iki oyunda şotlandiyalı Darren Fletçer baş məşqçi vəzifəsini icra edib. Onun rəhbərliyi altında komanda İngiltərə çempionatında “Börnli” ilə heç-heçə (2:2) edib və İngiltərə Kubokunda “Brayton”a məğlub olaraq (1:2) yarışdan kənarda qalıb.

Maykl Karrik “Mançester Yunayted” üçün kifayət qədər tanış simadır. O, futbolçu kimi 12 il (2006-2018) “qırmızı şeytanlar”ın uğurları üçün çalışıb. Karrik məşqçilik fəaliyyətinə də Mançester klubunda başlayıb. O, 2021-ci ildə bu komandada köməkçi məşqçi kimi fəaliyyətə başlayıb, elə həmin ilin dekabrında müvəqqəti olaraq “qırmızı şeytanlar”ın əsas komandasına rəhbərlik edib. “Mançester Yunayted” həmin dövrdə bu mütəxəssisin rəhbərliyi altında 3 oyuna çıxıb, 2 qələbə qazandığı, 1 heç-heçə ilə kifayətlənib. 2022-2025-ci illər aralığında isə Karrik “Midlsbro” komandasının baş məşqçisi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
51
9
arena.az

10Mənbələr