Futbol üzrə İngiltərə Liqa Kubokunda 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Mərhələnin açılış oyununda “Nyukasl” evdə “Mançester Siti” ilə üz-üzə gəlib. Bu komandalar arasındakı ilk yarımfinal görüşü “şəhərlilər”in inamlı qələbəsi ilə başa çatıb.
İngiltərə Liqa Kubokunda yarımfinalın cavab qarşılaşmaları fevralın 4-də və 5-də keçiriləcək.
İngiltərə Liqa Kuboku
Yarımfinalın ilk oyunları
13 yanvar
Nyukasl – Mançester Siti 0:2
Qollar: Semenyo, 53. Şerki, 90+8.
14 yanvar
00:00. Çelsi – Arsenal
⇧
