Bu gün futbol üzrə İspaniya Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Bilbao “Atletik”i “Leonesa” ilə səfər oyunundan çətin qələbə ilə ayrılmaqla 1/4 finala yüksəlib. Madrid “Atletiko”su da səfərdə “Deportivo”nu tək qolla üstələyib. “Real Sosyedad” – “Osasuna” matçında isə qalib penaltilər seriyasında müəyyənləşib. Sosyedadlılar daha dəqiq olublar.
İspaniya Kubokunda 1/8 final mərhələsinin qalan oyunları 14-15 yanvarda keçiriləcək.
İspaniya Kuboku
1/8 final
13 yanvar
“Leonesa” – “Atletik” (Bilbao) 3:4
“Deportivo” – “Atletiko” (Madrid) 0:1
“Real Sosyedad” – “Osasuna” 2:2 (penaltilər 4:3)
14 yanvar
00:00. “Alaves” – “Rayo Valyekano”
00:00. “Albasete” – “Real” (Madrid)
00:00. “Betis” – “Elçe”
15 yanvar
00:00. “Burxos” – “Valensiya”
00:00. “Rasinq” – “Barselona”
