AZ

Futzal: Millimizin Danimarka ilə oyunlar üçün heyəti açıqlandı – ARENA.AZ

Yanvarın 18-dən 24-nə qədər Bakı şəhərində futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı baş tutacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, millimizin baş məşqçi Yevgeni Kukseviç hazırlıq prosesinə 4-ü qapıçı olmaqla ümumilikdə 19 futzalçı dəvət edib.

Millimiz toplanış zamanı yanvarın 22-də və 24-də Bakı İdman Sarayında Danimarka yığması ilə yoldaşlıq oyunları keçirəcək.

Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli (hər ikisi Araz-Naxçıvan), Cavad Məmmədov (Baku Fire), Kamran Hacıyev (Neftçi İK)

Oyunçular: Ədalət Ələkbərov, Nurlan Məmmədov, Qüdrət Qasımzadə, Ülvi Əliyev (hamısı Araz-Naxçıvan), Eldar Zeynalov, Fərid Abbasov, Kənan Manafov, Novruz Kazıxanov, Oktay Rüstəmli, Tofiq Mikayılov, Murad Quluzadə (hamısı Baku Fire), Emil Həsənzadə, Fərid Atakişiyev, Nihad İsmayılov, Tofiq Əliyev (hamısı Neftçi İK).

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
26
12
arena.az

5Mənbələr