Fransanın “Lill” komandasına rəhbərlik edən Bruno Jenezio bu ölkədə 2025-ci ilin ən yaxşı fransalı məşqçisi seçilib.
Arena.az xəbər verir ki, “France Football” nəşrinin keçirdiyi sorğu nəticəsində Jenezio 53 xalla birinci olub.
İngiltərə təmsilçisi “Sanderlend”in baş məqşçisi Rejis Le Bri 36 xalla ikinci yeri tutub.
“Çelsi”nin qadınlardan ibarət komandasına rəhbərlik edən Sonya Bompastor isə 24 xalla ilk “3-lüy”ü qapayıb.
Xatırladaq ki, Bruno Jenezio 2024-cü ilin yayından “Lill”ə rəhbərlik edir. 59 yaşlı mütəxəssis bu komandanı indiyə qədər 76 oyuna çıxarıb, 40 qələbə, 14 heç-heçə, 22 məğlubiyyət görüb.
Jenezio məşqçilik karyerası ərzində “Vilfranş”, “Rasinq” (Bezanson), “Olimpik” (Lion), “Beytsin Qoan”, “Renn” kimi klublarda da baş məşqçi kimi çalışıb.
