Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün qrup mərhələsinin 2-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də 4 qarşılaşma baş tutub.
A qrupunda yer almış “Trabzonspor” səfərdə “İstanbulspor”a böyük hesabla qalib gəlib.
B qrupunda “Samsunspor” da “Aliağa” üzərində darmadağına sevinib. “Antalyaspor” isə “Gənclərbirliyi” ilə ev oyununda minimal hesabla uduzub.
C qrupunda da “Beyoğlu Yeni Çarşı” ilə qarşılaşmış “Fənərbağça” qələbəni tək qolla bayram edib.
Türkiyə Kuboku
Qrup mərhələsi, 2-ci tur
14 yanvar
A qrupu
İstanbulspor – Trabzonspor 1:6
B qrupu
Antalyaspor – Gənclərbirliyi 0:1
Aliağa – Samsunspor 2:6
C qrupu
Beyoğlu Yeni Çarşı – Fənərbağça 0:1
⇧
