Bu gün keçirilmiş son oyunlarla basketbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Şəki” doğma azarkeşlər önündə 92:75 hesabı ilə “Sərhədçi”dən güclü olub. “Sumqayıt” isə səfərdə NTD-yə 116:94 hesabı ilə qalib gələrək sensasiyaya imza atıb.
Xatırladaq ki, 1/8 final mərhələsinin ötən gün baş tutmuş oyunlarında “Neftçi” “Lənkəran”ı 86:54 hesabı ilə, “Quba” isə səfərdə “Naxçıvan”ı 105:98 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlmişdi.
Beləliklə, 1/4 finalda aşağıdakı komandalar üz-üzə gələcəklər:
Abşeron Lions – Şəki
Neftçi – Gəncə
Quba – Sabah
Ordu – Sumqayıt
Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunları 18-22 fevral aralığında baş tutacaq. Bu mərhələnin bütün oyunları Bakı İdman Sarayında keçiriləcək.
