Kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/26 mövsümünün 9-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Gənclər” və “Murov” komandaları üz-üzə gəliblər. Abşeron Olimpiya İdman Kompleksində keçirilmiş oyunda “Murov” 3:0 hesablı qələbəyə sevinib.
Xatırladaq ki, 9-cu turun digər oyunları əvvəlki günlərdə keçirilmiş “Xilasedici” “Neftçi” ilə oyunda 2:3 (25:22, 25:17, 22:25, 23:25, 15:17) hesablı məğlubiyyətə üzülmüşdü. “Azərreyl” də “Ordu”ya 1:3 (16:25, 23:25, 25:16, 22:25) hesabı ilə məğlub olmuşdu.
Yüksək Liqa
9-cu tur
14 yanvar
“Gənclər” – “Murov” 0:3 (16:25, 20:25, 24:26)
Abşeron Olimpiya İdman Kompleksi.
⇧
