AZ

“Qəbələ” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəldi – ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan” və “Qəbələ” komandaları yoxlama oyununda üz-üzə gəliblər.

Arena.az xəbər verir ki, sözügedən komandaların görüşü Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutub.

Matç Naxçıvan təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə bitib. Qalb komandanın yeganə qolunu 38-ci dəqiqədə Prins Ovusu vurub.

Xatırladaq ki, “Araz-Naxçıvan” daha əvvəl klubun əvəzedici komandasına 7 cavabsız qolla qalib gəlmişdi. “Qəbələ” isə “Kəpəz”i 3:1 hesabı ilə üstələmişdi.

Kaxaber Sxadadzenin rəhbərlik etdiyi komanda qış hazırlıq prosesi çərçivəsində sonuncu sınaq matçını yanvarın 18-də keçirəcək. Komandanın rəqibi “Baku Sportinq” olacaq.

Qəbələnin eyniadlı təmsilçisi Azərbaycan Premyer Liqasının cari mövsümünün geridə qalmış hissəsində 8 xal toplayıb və 11-ci sırada qərarlaşıb. Naxçıvan təmsilçisi isə 26 xalla 6-cıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
5
7
arena.az

10Mənbələr