AZ

Joao Kanselo yenidən “Barselona”da – Rəsmi – ARENA.AZ

“Barselona”nın sabiq müdafiəçisi, Poortuqaliya yığmasının üzvü Joao Kanselo yenidən Kataloniya təmsilçisinin düşərgəsinə qayıdıb.

Arena.az bu barədə İspaniya çempionunun rəsmi saytına istinadən xəbər verir.

“Barsa” 31 yaşlı futbolçunu cari mövsümün sonuna qədər icarəyə götürdüyünü bəyan edib. Müqavilənin maliyyə detalları açıqlanmır. Kanselo müqavilə ilə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna məxsusdur.

Xatırladaq ki, 2024-cü ilin yayından “Əl-Hilal”da çıxış edən Kanselo bu komandanın heyətində 45 oyuna çıxıb, 3 qol və 14 məhsuldar ötürmə müəllifi olub. O, daha əvvəl “Barselona”da da forma geyinib. Müdafiəçi 2023/2024-cü illər mövsümündə İspaniya nəhənginin heyətində 42 oyun keçirib, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

“Benfika”nın yetirməsi olan Kanselo, karyerası ərzində “Valensiya”, “İnter”, “Yuventus”, “Mançester Siti”, “Bayern” kimi klublarda da forma geyinib.

Joao Kanselo 2016-cı ilin sentyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 64 oyun keçirib, 12 qol vurub, 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
36
12
arena.az

10Mənbələr