AZ

Bundesliqa: “Borussiya” “Verder”i 3 cavabsız qolla yendi – ARENA.AZ

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 17-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Dortmund “Borussiya”sı doğma meydanda “Verder”ə 3 cavabsız qolla qalib gəlib. “Maynts” “Haydenhaym”ı, “Ştutqart” da “Ayntraxt”ı məğlub yola salıb.

Bu gün keçirilməli olan “Hamburq” – “Bayer” matçı isə əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

17-ci turun qalan görüşləri yanvarın 14-də və 15-də keçiriləcək.

Almaniya, Bundesliqa
17-ci tur
13 yanvar

Maynts – Haydenhaym 2:1
Qollar: Vidmer, 30. Amiri, 49 – Şimmer, 60.

Borussiya (Dortmund) – Verder 3:0
Qollar: Şlotterbek, 11. Zabitser, 76. Girassi, 83.

Ştutqart – Ayntraxt 3:2
Qollar: Demiroviç, 27. Undav, 35. Narti, 87 – Kristensen, 5. Amaymuni, 80.

Hamburq – Bayer matçı təxirə salınıb

14 yanvar

21:30. Volfsburq – Sankt Pauli
23:30. Köln – Bayern
23:30. Hoffenhaym – Borussiya (Mönhenqladbax)
23:30. Leypsiq – Frayburq

15 yanvar

23:30. Auqsburq – Union Berlin

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
17
9
arena.az

10Mənbələr