Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün qış fasiləsinə yekun vurulub.
Arena.az xəbər verir ki, 2026-cı ilə təsadüf edən ilk oyun gününün sonuncu qarşılaşması Bakıda baş tutub.
Uğursuz mövsüm keçirən “Neftçi” “Zirə” ilə üz-üzə gəlib. “Neftçi Arena”da keçirilmiş görüşün baş hakimi Fərid Hacıyev olub. Tərəflər fərqlənə bilmədikləri bu matçın yekununda hərəyə 1 xal qazanıblar.
Premyer Liqa
17-ci tur
23 yanvar
“Neftçi” – “Zirə” 0:0
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Neftçi Arena”, 19:00.
Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 70. Andrey Ştoqrin, 11. İmad Faraj.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 27. Kristian Kostin, 10. Freddi Varqas, 22. Luis Ortis, 23. Cordan Rezabala.
Baş məşqçi: Yuri Vernidub.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Georgi Papunaşvil, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 19. Rüfət Abdullazadə, 26. Stefan Akka, 9. Davit Volkov, 30. Rikardo Martins, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Rəşad Sadıqov.
