AZ

Azərbaycandan Yunanıstana neft ixracı artıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan Yunanıstana 367,7 milyon ABŞ dollarıdəyərində bitumlu süxurlardan əldə olunmuş 702,4 min ton neft vəneft məhsulları ixrac olunub.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 143,4 milyon dollar və ya 1,6 dəfə,həcm baxımından isə 333,7 min ton və ya 1,9 dəfə çoxdur.

Bu müddət ərzində Yunanıstan Azərbaycandan ən çox neft idxaledən ölkələr sırasında 7-ci yerdə qərarlaşıb.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlusüxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1milyard ABŞ dolları təşkil edib.

Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb,lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydəalınıb.

Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrachəcminin 48,28%-ni təşkil edib.

Məqalədə:
Seçilən
125
4
az.trend.az

10Mənbələr