AZ

Azərbaycandan İrlandiyaya neft ixracı 2 dəfədən çox artıb

Bakı. Trend:

2025-ci ildən Azərbaycandan İrlandiyaya 289,7 milyon ABŞ dollarıdəyərində bitumlu süxurlardan əldə edilmiş 577,1 min ton xam neftvə neft məhsulları ixrac olunub.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə dəyər ifadəsində 149,9 milyon ABŞ dolları və ya 2,1dəfə, həcm baxımından isə 340,5 min ton və ya 2,4 dəfə çoxdur.

2024-cü ildə Azərbaycandan İrlandiyaya 139,8 milyon ABŞ dollarıdəyərində 236,6 min tonn neft və neft məhsulları ixrac olunub.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlusüxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1milyard ABŞ dolları təşkil edib.

Bildirilir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb,lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydəalınıb.

Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrachəcminin 48,28%-ni təşkil edib.

Məqalədə:
Seçilən
101
4
az.trend.az

10Mənbələr