AZ

Fransanın Azərbaycan neftinə tələbatı artıb

2025-ci ildə Azərbaycandan Fransaya 143,1 milyon ABŞ dolları dəyərində xam neft və neft məhsulları ixrac olunub.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 54,8 milyon ABŞ dolları və ya 1,6 dəfə, həcm baxımından isə 128,5 min ton və ya 1,8 dəfə çoxdur.

Ötən dövrdə Fransa Azərbaycandan ən çox neft ixrac edən ölkələr arasında 12-ci olub.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.

Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2 faiz azalıb, lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9 faiz artım qeydə alınıb. Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac həcminin 48,28 faizini təşkil edib.

XQ

Seçilən
103
4
xalqqazeti.az

10Mənbələr