AZ

Ötən il Azərbaycandan Britaniyaya ixrac olunan neftin həcmi açıqlandı

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan Böyük Britaniyaya 337 milyon ABŞdolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 648,3 min tonxam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 59,1 milyon dollar və ya 14,9 faiz vəhəc baxımından 11,7 min ton və ya 1,8 faiz azdır.

2024-cü ildə Azərbaycandan Böyük Britaniyaya 396,1 milyon dollardəyərində 660 min ton neft və neft məhsulları ixrac olunub.

Hesabat dövrü ərzində, Böyük Britaniya Azərbaycandan ən çox neftvə neft məhsulları idxal etmiş ölkələrin sırasında 9-cu yerdəqərarlaşıb.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlusüxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1milyard ABŞ dolları təşkil edib.

Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb,lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydəalınıb.

Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrachəcminin 48,28%-ni təşkil edib.

Məqalədə:
Seçilən
89
16
az.trend.az

10Mənbələr