AZ

Öcalan növbəti dəfə tərəfdarlarına çağırış edib: Zorakılığa əsaslanan siyasət dövrünü geridə qoyuruq - FOTO

Bu gün PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan növbəti dəfə tərəfdarlarına çağırış edib.

APA xəbər verir ki, Öcalanın yazılı müraciətini Pervin Buldan oxuyub.

Öcalan bildirib ki, “mənfi üsyan dövrünü dəf edə biliblər”.

“Yeni bir siyasət dövrünə, onun strategiyasına qapı açır. Biz zorakılığa əsaslanan siyasət dövrünü bağlayırıq”, - PKK terror təşkilatının lideri qeyd edib.

Öcalan Türkiyə Prezidentinin son bir ildə göstərdiyi səyləri, MHP liderinin çağırışı, CHP sədrinin töhfəsi dəyərli hesab etdiyini vurğulayıb.

Qeyd edək ki, ötən ilin 27 fevral tarixində Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı yer alıb.

Seçilən
7
7
apa.az

10Mənbələr