Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bu gün PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına ikinci dəfə çağırış edib.
Turkustan.az APA-ya istinadən xəbər verir ki, Öcalanın müraciətini Pervin Buldan oxuyub.
Öcalan bildirib ki, “mənfi üsyan dövrünü əsasən birtərəfli iradə və təcrübə ilə dəf edə biliblər”.
“Yeni bir siyasətin dövrünə, onun strategiyasına qapı açılır. Biz zorakılığa əsaslanan siyasət dövrünü bağlayırıq”, – PKK terror təşkilatının lideri qeyd edib.
Öcalan Türkiyə Prezidentinin son bir ildə göstərdiyi səyləri, MHP liderinin çağırışını, CHP sədrinin töhfəsi dəyərli hesab etdiyini vurğulayıb.
Qeyd edək ki, ötən ilin 27 fevral tarixində Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı yer alıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.