Bu gün PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan növbəti dəfə tərəfdarlarına çağırış edib.
Aznews.az xəbər verir ki, Öcalanın yazılı müraciətini Pervin Buldan oxuyub.
Öcalan bildirib ki, “mənfi üsyan dövrünü dəf edə biliblər”.
“Yeni bir siyasət dövrünə, onun strategiyasına qapı açılır. Biz zorakılığa əsaslanan siyasət dövrü başa çatır”, - PKK terror təşkilatının lideri qeyd edib.
Öcalan Türkiyə Prezidentinin son bir ildə göstərdiyi səyləri, MHP liderinin çağırışını, CHP sədrinin töhfəsi dəyərli hesab etdiyini vurğulayıb.