AZ

Öcalan tərəfdarlarına növbəti dəfə çağırış etdi:YENİ BİR SİYASƏT DÖVRÜNƏ QAPI AÇILIR

Bu gün PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan növbəti dəfə tərəfdarlarına çağırış edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Öcalanın yazılı müraciətini Pervin Buldan oxuyub.

 

Öcalan bildirib ki, “mənfi üsyan dövrünü dəf edə biliblər”.

 

“Yeni bir siyasət dövrünə, onun strategiyasına qapı açılır. Zorakılığa əsaslanan siyasət dövrü başa çatır”, - PKK terror təşkilatının lideri qeyd edib.

 

Öcalan Türkiyə Prezidentinin son bir ildə göstərdiyi səyləri, MHP liderinin çağırışını, CHP sədrinin töhfəsini dəyərli hesab etdiyini vurğulayıb.

 

Qeyd edək ki, ötən ilin 27 fevral tarixində Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı yer alıb.

https://www.youtube.com/watch?v=Kgv1-wwSe5E


Seçilən
1
7
senzor.az

10Mənbələr