AZ

ABŞ Rusiyaya İranla bağlı sərt xəbərdarlıq edib

ain.az, Reyting.az portalına istinadən məlumat yayır.

ABŞ Rusiyadan İrana məlumat ötürməməyi tələb edib.

Reyting.az xəbər verir ki, bu barədə "The Washington Post" yazıb.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, o, bəzi nəşrlərin yazdığı kimi xahiş etməyib, "qəti şəkildə" Rusiyanı xəbərdar edib və bu ölkəni İrana ABŞ-ın Yaxın Şərqdə yerləşən obyektlərinə zərbə üçün hədəf məlumatları verməməyə çağırıb.

Tramp isə bir az fərqli danışıb və Rusiyanın İrana kömək etməsi ilə bağlı hələlik dəqiq məlumata malik olmadığını bildirib. Daha sonra isə ABŞ prezidenti İranın vəziyyətinin son həftə ərzində yaxşı olmadığını və hətta bu cür məlumatlar alsalar belə, Rusiyanın ötürdüyü kəşfiyyat məlumatlarının İrana elə böyük faydası olmayacağını söyləyib.

"The Washington Post" nəşri qeyd edib ki, onlarda olan mənbələrə görə, Rusiya İrana Yaxın Şərqdəki Amerika hərbi obyektləri, o cümlədən gəmilər, eləcə də təyyarələr barədə məlumatlar ötürməsi istisna deyil və ola bilər, Moskva artıq informasiyalar ötürməyə başlayıb.

Nəşrə danışan mənbələr həmçinin xüsusilə vurğulayıblar ki, İranla Rusiya arasındakı əməkdaşlıq "kifayət qədər genişdir" və hər iki ölkə ümumi maraqlarına uyğun şəkildə dəfələrlə kəşfiyyat məlumatları bölüşüblər.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
95
41
reyting.az

10Mənbələr