AZ

"ABŞ bazalarının koordinatları Tehrana ötürülür" – Rusiya-İran hərbi xətti üzə çıxdı

Yaxın Şərqdə davam edən gərginlik fonunda Rusiya ilə İran arasında hərbi əməkdaşlıqla bağlı yeni və sensasion iddialar gündəmə gəlib.

Musavat.com xəbər verir ki, "The Washington Post" nəşrinin yaydığı məlumata görə, Moskva peyk kanalları vasitəsilə Tehrana ABŞ-ın bölgədəki dəniz və hava aktivlərinin dəqiq koordinatlarını ehtiva edən həssas kəşfiyyat məlumatları ötürə bilər.

Məlumata görə, bu məlumatlar İranın son dövrlərdə tətbiq etdiyi “dəqiq zərbə doktrinası”nın formalaşmasında istifadə olunur.

Bildirilir ki, ABŞ-la əlaqəli bəzi obyektlərə qarşı həyata keçirilən son hücumların yüksək dəqiqliklə icra olunması belə bir kəşfiyyat kanalının mövcudluğu ehtimalını gücləndirib.

Nəşr yazır ki, Moskvanın Tehrana dəstəyi yalnız kəşfiyyat məlumatlarının ötürülməsi ilə məhdudlaşmaya bilər.

İddialara görə, Rusiya İrana qabaqcıl hava hücumundan müdafiə sistemləri, hərbi təyyarələr və müxtəlif taktiki dəstək də təqdim edir. Bundan əlavə, iki ölkə arasında hərbi təlimlər və texnologiya mübadiləsinin də genişləndiyi bildirilir.

Musavat.com

Seçilən
12
41
musavat.com

10Mənbələr