AZ

“İranın Azərbaycana dron hücumu SEPAH ın maraqlarından qaynaqlanır”

ain.az, Gununsesi saytına istinadən bildirir.

 Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan İranın Azərbaycana dronlarla hücumu bir neçə amillə izah edib.

Bu barədə Gununsesi.info-ya danışıb.

“Birincisi, İranda hakimiyyət daxilində güclü bir qurum mövcuddur – bu, İnqilab Keçiciləri Qvardiyası, yəni SEPAH-dır. SEPAH dövlət içində ayrıca bir dövlət kimi fəaliyyət göstərir və Tehran hakimiyyətindəki müxtəlif qrupların Azərbaycana münasibətinin formalaşmasında əsas rol oynayır.

Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdən başlayaraq, Naxçıvan hava limanında baş vermiş hadisəyə qədər Tehran hakimiyyətinin Azərbaycana münasibəti birmənalı şəkildə müsbət olmayıb. Yeni münasibətlərin normallaşdırılması üçün addımlar atılsa da, Tehran bu münasibəti yenidən pozdu. Bunun əsas günahkarı Sepahdır.

SEPAH dünya üzrə Avropa İttifaqı, ABŞ, İsrail, Avstraliya kimi ölkələr tərəfindən terror təşkilatı kimi tanınır, yəni dövlət qurumu kimi qəbul edilmir. Bu qurum İraqda, Suriyada, İsraildə, Argentinada və Avropanın bir sıra ölkələrində terror aktlarının törədilməsinə ya birbaşa, ya da dolayı yolla cəlb olunub. Sepah həm də Həmas, Əl-Qaidə, İŞİD kimi qrupların bir formasıdır.

İranda iki əsas silahlı qüvvə var: biri klassik ordudur – Ərteş, digəri isə 1979-cu ildə formalaşmış İnqilab Keçiciləri Qvardiyasıdır. Sepahın müxtəlif qolları mövcuddur, məsələn, xarici əks-kəşfiyyat və hərbi əməliyyatlarla məşğul olan Qüds qüvvəsi. Qüds qoşunlarının komandiri Qasım Süleymani İraqda öldürülüb. Həmçinin, yaxınlarda general İsmail Kəni İsraildə casusluq ittihamı ilə həbs edilib.

SEPAH-ın hazırladığı təşkilatlardan biri də Əl-Mustafa Beynəlxalq Universitetidir. ABŞ bu universitetə sanksiya tətbiq edib, çünki bu qurum İranın siyasi və ideoloji xəttini yayır. İranın müvəqqəti ali rəhbəri də bu universitetin rektorudur.

Azərbaycan rəsmiləri, o cümlədən Prezident, hadisələrdən bir gün əvvəl İran Xarici İşlər Naziri ilə telefon danışığında bir daha vurğuladı ki, Azərbaycan ərazisi İrana qarşı hücum üçün istifadə olunmayacaq. Azərbaycan heç bir aksiyada iştirak etməyəcəyini açıq göstərdi. Prezident həmçinin Xamenei vəfat etdikdən sonra İran səfirliyinə başsağlığı vermək üçün gedən yeganə dövlət başçısı oldu.

Buna baxmayaraq, sabahı gün Azərbaycana qarşı dron hücumu göstərdi ki, SEPAH üçün dövlət maraqları təşkilat maraqlarından aşağıdır. SEPAH daha çox dini, siyasi və ideoloji maraqlara üstünlük verir ki, bu da dövrün tələblərinə cavab vermir”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
128
12
icma.az

10Mənbələr