AZ

İranın yeni Ali Lideri xalqa müraciət edib

İranın yeni Ali Lideri Ayətullah Müctəba Xameneinin xalqa müraciəti yayımlanıb.

NOCOMMENT.az xəbər verir ki, müraciətdə bir neçə mühüm mövzuya toxunulub.

Məlumata görə, çıxış zamanı onun atası, İranın mərhum Ali Lideri Seyid Əli Xameneinin həlak olması, xalqın rolu və vəzifələri, silahlı qüvvələrin fəaliyyəti, icra strukturları və müqavimət cəbhəsi ilə bağlı məsələlər müzakirə edilib.

Həmçinin bölgə ölkələri ilə münasibətlər, eləcə də ABŞ və İsrailə qarşı mübarizə ilə bağlı mövqelər səsləndirilib.

Ayətullah Müctəba Xamenei bildirib ki, yeni Ali Lider seçilməsi xəbərini İslam televiziyası vasitəsilə öyrənib. Onun sözlərinə görə, Seyid Ruhullah Xomeyni və Ayətullah Əli Xameneidən sonra bu vəzifəni icra etmək böyük məsuliyyət və çətinlik yaradır.

O, müraciətində xalqı bu çətin dövrdə birlik nümayiş etdirməyə çağırıb.

Yeni Ali Lider həmçinin qeyd edib ki, müharibə davam etdiyi müddətdə Hörmüz boğazının bağlı qalması vacibdir. Onun fikrincə, Tehran Yaxın Şərqdə baş verən münaqişə fonunda bu strateji keçidi siyasi və iqtisadi vasitə kimi istifadə edə bilər.

Müctəba Xamenei Yaxın Şərq ölkələrini regiondakı ABŞ hərbi bazalarını mümkün qədər tez bağlamağa çağırıb. O, bölgə ölkələrinin rəhbərlərinə müraciət edərək, Tehranın konstruktiv münasibətlərin qurulmasına ümid etdiyini bildirib.

Xamenei həmçinin ABŞ və İsrailə qarşı müharibədə həlak olan şəxslərin qanının yerdə qalmayacağını vurğulayıb və İranın münaqişə zamanı dəymiş zərərə görə maddi kompensasiya gözlədiyini qeyd edib.

Aliyə
NOCOMMENT.az

Seçilən
49
50
nocomment.az

10Mənbələr