ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Güneyli hüquq müdafiəçisi zindanda tibbi yardımdan məhrum edilib.
“Cebheinfo.az” xəbər verir ki, 2023-cü ilin Nobel Sülh mükafatının qalibi, güneyli hüquq müdafiəçisi Nərgiz Məhəmmədi Zəncan həbsxanasında ciddi sağlamlıq problemləri yaşayır.
“Front Line Defenders” və digər insan haqları təşkilatları onun vəziyyətinə dair narahatlıqlarını ifadə ediblər. Məlumata görə, Məhəmmədi son günlər şiddətli sinə ağrısı, huşsuzluq, zəiflik və çəki itkisi ilə üzləşib və infarkt simptomları göstərdikdən sonra belə həkim müayinəsinə və təcili tibbi yardıma çıxışı məhdudlaşdırılıb.
Təşkilatlar onun ağır cinayətlərdə məhkum olunmuş məhbuslarla saxlanmasını, ailəsi və vəkilləri ilə əlaqəsinin məhdudlaşdırılmasını da tənqid edərək dərhal tibbi məzuniyyət və azadlıq istəyiblər.
Beynəlxalq Əfv Təşkilatı da vəziyyətə reaksiya verərək, onun hüquqlarına hörmətlə yanaşılmasını və təcili tibbi yardım təmin edilməsinin vacibliyini vurğulayıb.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.