AZ

Evlilikdə “ilk uşaq” sindromu

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Əksər müşahidələr boşanmaların ən çox ilk uşaqdan sonra baş verdiyini göstərir. Çünki ilk uşaqdan sonra evlilikdə müəyyən problemlər meydana çıxır. Qeyri-sabit və ya qeyri-müəyyən hərəkətlər tərəfləri hər gün yeni bir sual qarşısında qoyur. Halbuki, evliliyin bütün dövrlərində olduğu kimi bu dövr də böyük həssaslıq tələb edir.

Belə ki, əksər tərəflər evliliyin ilk illərində təcrübəsüz olduqları üçün ilk mərhələdə bir-birilərinə lazım olan diqqəti göstərə bilmirlər. Ancaq zaman keçdikcə tərəflər həyat yoldaşı funksiyasını mənimsədikləri üçün bu problemlər öz-özlüyünə aradan qalxır. İlk uşaq dünyaya gəldikdən sonra isə yeni təcrübəsiz bir dövr başlayır.

Həyat yoldaşı roluna yeni uyğunlaşmış tərəflər uşaqları dünyaya gəldikdən sonra analıq və ya atalıq rollarını da ifa etməyə başlayırlar. Bu isə özünü birbaşa büruzə verməsə də, tərəflərdə bəzi problemlərə səbəb olur. Belə ki, tərəflər ilk növbədə analıq və ya atalıq rolunu ifa etməyə çalışdıqları üçün həyat yoldaşı rolunu unudurlar. Nəticədə, bir-biriləri üçün ikinci plana keçən tərəflər xoşbəxt ailə kimi görünməyə çalışsalar da, bir qədər sonra münaqişələrlə qarşı-qarşıya qalırlar. Və gələcəkdə bu münaqişələr tərəfləri boşanmaya qədər aparıb çıxarır.

Buna görə də, nə olursa-olsun, tərəflər həyat yoldaşı olduqlarını unutmamalı, xüsusilə, yeni evlənmiş və ya uşaq gözləyən tərəflər həm özlərini, həm də həyat yoldaşlarını yeni körpə üçün hazırlamalıdırlar. Əks halda, problemlərdən xilas olmaq mümkün olmayacaq.Aygün Vəliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
5
yeniavaz.com

10Mənbələr