Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Ermənistan parlamentinin sədri Alen Simonyan ləğv edilmiş qondarma rejimin keçmiş rəhbəri Samvel Şahramanyanın Qarabağın erməni sakinlərinə evlərini tərk etməyi heç kimin əmr etməməsi barədə açıqlamasına münasibət bildirib.
Simonyan qeyd edib ki, keçmiş “prezidentlər” Bakı həbsxanasında olduğu halda, Şaxramanyanın niyə İrəvanda olduğunu başa düşmür.
“Cebheinfo.az”-ın məlumatına görə, spiker jurnalistlərə açıqlamasında belə deyib.
“Qaçmaq” nədir? Nə üçün o, İrəvandadır, digər “prezidentlər” isə Bakı həbsxanasındadır. Qoy, səsini çıxartmasın. Nə qədər az danışsa, onun üçün bir o qədər yaxşı olar. Özünüzü məmur kimi aparmayın. O, məmur deyil və belə olmadığına da şəxsən imza atıb”.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.