AZ

Netanyahu seçkilərdə qələbə qazana biləcək? - SORĞU

İrana qarşı müharibə İsrailin Baş naziri Benyamin Netanyahunun siyasi reytinqini artırıb.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, 18-22 yaş arası gənclər arasında keçirilən son rəy sorğuları göstərir ki, Netanyahunun oktyabr ayının 27-də keçiriləcək parlament seçkilərində qalib gəlmək şansı digər rəqibləri ilə müqayisədə yüksəlir. 

“Lazar Research” araşdırma mərkəzinin “Panel4All” şirkəti ilə apardığı Maariv sorğusunun nəticələrinə görə, rəyi soruşulan gənclərin 56 faizi özünü sağçı hesab edir. 23 və daha yuxarı yaşda olan israillilərin isə 44 faizi sağçıların tərəfdarı olduğunu bildirib. 

Gənc İsrail vətəndaşlırının 22 faizi özlərini mərkəz-sağ, 14 faizi mərkəzçi (yaşlı israillilərin 27 faizi ilə müqayisədə) və 8 faizi isə mərkəz-sol və ya solçu hesab etdiklərini deyiblər.

Sorğu həmçinin, gənc seçicilər arasında üstünlük verilən baş nazir namizədinin Baş nazir Benyamin Netanyahu olduğunu göstərib.

Hazırkı Baş nazirə səs vermək istəyən respondentlər 35 faiz təşkil edib.

İkinci yerdə isə keçmiş baş nazir Naftali Bennet qərarlaşıb. Ona səs vermək istəyən gənclərin sayı 19 faiz təşkil edib.

Digər namizədlər xeyli aşağı dəstək səviyyəsinə sahib olublar.

Seçilən
2
7
cebheinfo.az

10Mənbələr