Hollivud ulduzu Şeron Stoun açıqlaması ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, 68 yaşlı aktrisa gözlənilmədən Robert De Nironu karyerasının ən yaxşı öpüşən partnyoru adlandırıb.
"O, (De Niro) mənə 50 dollar verdi və ona baxıb dedim: "Doğrudanmı? Düşünürəm ki, tualet 50 dollardan bir az baha başa gəlir". O, mənə baxdı, cibinə əl atdı və yüz dollar verdi. Sonra əyilib onu öpdüm və o, məni sadəcə valeh etdi" deyə Stoun Endi Kohenin canlı yayımında danışarkən bildirib.