Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
1-ci Liqanın 20-ci turu çərçivəsində bu gün səfərdə "Mingəçevir"ə 2:5 hesabı ilə uduzan "Şəfa"nın uzun sürən məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
Fanat.Az-ın hesablamalarına görə, Bakı təmsilçisi 34 yaşlı baş məşqçisi Elgiz Kərəmlinin rəhbərliyi altında çıxdığı 33-cü görüşdə yenilib.
Bunadək paytaxt komandası 2-ci Liqada 13, 1-ci Liqada isə 19 matçda uduzmamışdı.
Sözügedən kollektiv həm də bu mövsüm bütün Azərbaycan liqalarında məğlub olmayan yeganə komanda idi.
Xatırladaq ki, hazırda 45 xalı olan "Şəfa" 1-ci Liqanın turnir cədvəlində şəriksiz lider mövqeyindədir. Sonrakı 2 pillədə hərəyə 37 xalla "Baku Sportinq" və "Səbail" qərarlaşıbsa, "Mingəçevir" (36 xal) 4-cü sıradadır.
Toğrul
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.