AZ

Mingəçevir bu şanslardan maksimum yararlandı Şəfa nın baş məşqçisi

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

1-ci Liqanın 20-ci turunda "Mingəçevir"in qonağı olan lider "Şəfa" 2:5 hesabı ilə uduzdu. Bu yenilgi liderin 34 yaşlı baş məşqçisi Elgiz Kərəmlinin rəhbərliyi altında çempionatlarda (2-ci və 1-ci Liqalarda) ilk məğlubiyyəti oldu. Kərəmli ilə əlaqə saxlayıb məğlubiyyəti şərh etməsini istədik.

Onun Fanat.Az-a çıqlamasını təqdim edirik:

"Kluba gələndən bəri çempionatlarda ilk məğlubiyyətimizdir. Azərbaycan Kubokunda "Qəbələ"yə uduzduğumuz (1/8 final, 1:2 ) oyunu çıxmaq şərtilə… Hesabı bərabərləşdirmək ucun bir çox epizodlarımız oldu. Rəqib də çoxlu qol şansları yaratdı. Oyunun sonlarında isə irəli atılıb hesabı bərabərləşdirməyə çalışdıq. Lakin qapımızda üçüncü qolu gördük. Bir müdafiəçini hücumçu ilə əvəzlədik, digərini isə irəli göndərdik ki, hesabı bərabərləşdirək. Amma irəli atıldığımız anda müdafiə xəttində boşluqlar verdik və qollar buraxdıq. "Mingəçevir" bu şanslardan maksimum yararlandı. Onları təbrik edirəm, qələbəyə layiq idilər.

Komandada ruh düşkünlüyü yoxdur. Çünki hamı 8 xal fərqlə birinci pillədə olduğumuzun fərqindədir. Məğlubiyyətdən nəticə çıxarıb çempionluq uğrunda mübarizəni davam etdirəcəyik".

Toğrul

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
27
fanat.az

10Mənbələr