Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
1-ci Liqanin 20-ci turunda "Difai"ni 1:0 hesabi ilə üstələyən "Zaqatala" turnir cədvəlində mövqeyini yaxşılaşdırdı. "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb qələbəni dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Hardasa komanadanın yanında beş gün olmadım. Türkiyədən gələndən sonra oyunöncəsi məşqdə iştırak etdim. Sağ olsunlar, köməkçilərim bütün tapşırıqları yerinə yetirdilər. Özləri də əlavə olaraq, mənə lazım olan məsləhəti verdilər. Komandanı oyuna koməkçilərimin təkliflərinə uyğun çıxardıq və sükürlər olsun ki, hər şey bizim istədiyimiz kimi yekunlaşdi.
Bildiyiniz kimi, bu rəqiblə əvvəlki oyunda bizə bir qədər cətin olmuşdu. Məğlub duruma düşmüş, sonra vəziyyəti dəyişərək 2:1 hesabı ilə qalib gəlmişdik. Bu dəfə 11 metrlik cərimə zərbəsi oldu və rəqib o fürsətdən istlfadə edə bilmedi. Bəlkə də bu, dönüş nöqtəsi idi. Rəqib ruh düşkünlüyünə qapıldı, biz isə daha inamlı oyunla nətiçə qazandıq. Bu dediklərim hamısı oyuna təhsir göstərən məqamlardır. İlk yarıda 2 futbolçumuzu erkən əvəzləyib müəyyən dəyişiklik etməyə ehtiyac duyduq. Sağ olsunlar uşaqlar. Əlbəttə ki, işi düzgün görəndə, tapşırığı yerinə yetirəndə nəticə qazana bilirsən".
Toğrul
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.