ABŞ-ın birinci xanımı Melaniya Tramp ilk dəfə “Epşteyn işi” ilə bağlı ictimaiyyətə açıqlama verib.
Azpost.info NBC News-a istinadən bildirir ki, Melaniya Tramp cinsi cinayətlərə görə, məhkum edilmiş Ceffri Epşteyn və ya onun əlaltısı Gisleyn Maksvell ilə heç vaxt əlaqdə olmadığını vurğulayıb.
Melaniya Ağ Evdən etdiyi çıxışda sosial mediada onun və Epşteyn haqqında çoxsaylı saxta şəkillər və iddialar yayıldığını iddia edib. Onun açıqlaması qısa olsa da, diqqət çəkib. Birinci xanım həmçinin Epşteynin qurbanı olmadığını və adı çəkilən şəxsin onu prezident Donald Trampla tanış etmədiyini iddia edib.
O, Epşteynlə ilk dəfə 2000-ci ildə Trampla birlikdə qatıldığı bir tədbirdə qarşılaşdığını bildirib.
“O vaxtlar mən heç vaxt Epşteynlə görüşməmişdim və onun cinayətkar fəaliyyətləri barədə heç nə bilmirdim”, – deyə o bildirib.
Bu, Melaniya Trampın kamera qarşısında Epşteyn qalmaqalı ilə bağlı ilk dəfə danışması olub. Onun işçiləri Epşteyn haqqında “böhtan xarakterli” şayiələri qətiyyətlə təkzib ediblər.
Birinci xanımın baş müşaviri Mark Bekman bildirib ki, Birinci xanım indi danışmaq qərarına gəlib, çünki “artıq kifayətdir” və “yalanlar dayanmalıdır”.
“İctimaiyyətin və medianın onun Birinci xanım kimi inanılmaz nailiyyətlərinə, müsbət təsir göstərdiyi həyata və ölkəmizə olan sadiqliyinə diqqət yetirməsinin vaxtıdır”- deyə Bekman vurğulayıb.