AZ

Melaniya Tramp Epşteynlə bağlı iddiaları rədd edib

ABŞ-nin birinci xanımı Melaniya Tramp Ceffri Epşteynlə əlaqələrinə dair iddiaları təkzib edib.

Day.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, internetdə yayılan məlumatlar və görüntülər yalandır və nüfuzuna xələl gətirmək məqsədi daşıyır.

Melaniya Tramp qeyd edib ki, Epşteynlə 2000-ci ildə qısa müddət ünsiyyətdə olub və onun cinayətlərindən xəbərsiz olub. O, həmçinin Epşteynin ortağı Gisleyn Maksvell ilə əlaqəsini inkar edib.

Birinci xanım Epşteyn qurbanları ilə bağlı Konqresdə dinləmələrin keçirilməsinə çağırıb.

Seçilən
25
22
day.az

10Mənbələr