AZ

ABŞ kəşfiyyatı Trampı Pakistan hərbi komandiri barədə xəbərdar edib Fox

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ kəşfiyyatı Tramp administrasiyasını Pakistan Silahlı Qüvvələrinin baş komandanı, feldmarşal Asim Munirin Yaxın Şərqdəki Amerika maraqlarına yaratdığı təhlükə barədə xəbərdar edib.

525.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Qeyd olunub ki, kəşfiyyat orqanları Munirin İranın yüksək hərbi rəhbərliyi, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandirləri Qasım Süleymani və Hüseyn Səlami ilə şəxsi əlaqələri olduğundan şübhələnir ki, bu da İranla hərbi münaqişədə iştirak edən ABŞ maraqlarına potensial təhlükə yarada bilər.

Ağ Evə göndərilən hesabatda kəşfiyyat iddia edir ki, Pakistan hərbi komandanı Yaxın Şərqdəki vəziyyətin həllində "ikili rol oynayır". Sənəddə İslamabadın Tehranla sıx əlaqəsinə görə Pakistan Vaşinqtonun "xain müttəfiqi" adlandırılır. 

Tramp daha əvvəl Munirin İslamabadda ABŞ-İran danışıqlarının ilk raundunu təşkil etmək səylərini yüksək qiymətləndirib və onu özünün "sevimli feldmarşalı" adlandırıb.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
75
36
525.az

10Mənbələr