AZ

ABŞ dörd İran rəsmisinə qarşı sui qəsd hazırlayır SENSASİON ADLAR

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ danışıqlara mane olduğuna və ya münaqişəni qızışdırdığına inandığı İranın müəyyən liderlərinə qarşı birbaşa zərbələr endirməyi nəzərdən keçirir. Bizim.Media xəbər verir ki, bununla bağlı, CNN telekanalı məlumat yayıb. Qeyd olunanlar arasında əsas namizəd SEPAH-ın baş komandanı Əhməd Vahididir.Siyahıda eyni zamanda olan şəxslər bunlardır:- İran Ali Hərbi Şurasının sədri, Ali dini rəhbərin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi;- İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Zülqədr;- İran ali rəhbərinin hərbi məsələlər üzrə müşaviri Möhsün Rzayi.Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.

 

Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.

Aprelin 8-də isə ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub. Tərəflər arasında ilk görüş aprelin 11-də İslamabadda keçirilsə də, bu müzakirələrdən hər hansı yekun nəticə hasil olmayıb.Aprelin 13-dən etibarən ABŞ Hörmüz boğazını blokadaya almağa başlayıb. Aprelin 17-də İran Hörmüz boğazını açsa da, cəmi bir gün sonra SEPAH boğazın yenidən bağlandığını elan edib.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
76
36
bizim.media

10Mənbələr