AZ

Səfirlər səviyyəsində gərginlik: Moskva İrəvana qarşı HƏRƏKƏTƏ KEÇDİ

Rusiya Ermənistanın öz xarici siyasi əlaqələrini müstəqil şəkildə qurmaq və diversifikasiya etmək hüququnu tanıyır.

Musavat.com xəbər verir ki, Rusiya tərəfi bu addımların Moskva və İrəvan arasındakı əməkdaşlığa zərər vurmaması şərtini ön plana çəkir.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsələ ilə bağlı açıqlamasında bildirib: “Rusiya tərəfi Ermənistanın xarici siyasət əlaqələrini diversifikasiya etmək üzrə suveren hüququna hörmətlə yanaşdığını daim vurğulayır. Lakin bu, Rusiya-Ermənistan əməkdaşlığına və ümumi inteqrasiya birlikləri çərçivəsindəki qarşılıqlı fəaliyyətimizə xələl gətirməməlidir”.

Xatırladaq ki, mayın 7-də Ermənistanın Rusiya Federasiyasındakı səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Diplomatik missiya rəhbərinə bu yaxınlarda Ermənistanda keçirilən Aİ tədbirləri çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenskiyə tribunadan çıxış imkanının yaradılmasının “qətiyyən qəbulolunmaz” olduğu bildirilib.

Musavat.com

Seçilən
17
50
musavat.com

10Mənbələr