AZ

Xocalı cəlladı Moskva ilə yaxınlaşmağa çağırdı

Ermənistanın sabiq prezidenti Robert Köçəryan ölkəsinin Rusiya ilə münasibətlərinin pisləşdirilməsini “avantüra” adlandırıb. Musavat.com xəbər verir ki, Köçəryan Geqarkunik vilayətində keçirilən seçki mitinqində çıxışı zamanı Ermənistan hakimiyyətini Moskva ilə münasibətləri bilərəkdən korlamaqda ittiham edib.

“Hazırda biz növbəti avantüraya sürüklənirik. Açıq şəkildə Rusiya ilə və ümumilikdə Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri korlayırıq”,-deyə Köçəryan bildirib.
Köçəryan qeyd edib ki, Geqarkunik bölgəsində çox sayda ailə Rusiyayla əlaqələr hesabına dolanır və bu münasibətlərin pozulması Ermənistan cəmiyyəti üçün ağır nəticələr yarada bilər.

Qeyd edək ki, Robert Köçəryan uzun illərdir Ermənistanda Rusiyaya ən yaxın siyasi fiqurlardan biri hesab olunur və revanşist düşərgənin əsas nümayəndələrindən sayılır. Bu arada, Kreml lideri Vladimir Putin jurnalistlərə açıqlamasında Ermənistanın Avropa İttifaqı ilə bağlı planlarının Avrasiya İqtisadi İttifaqının növbəti sammitində müzakirə oluna biləcəyini bildirib. Putin həmçinin, Ermənistan hakimiyyətinə ölkənin Aİ və ya Aİİ yolunu seçməsi məsələsi ilə bağlı referendum keçirməyi təklif edib.

Musavat.com

Seçilən
33
50
musavat.com

10Mənbələr