AZ

“Paşinyan Rusiyanın düşmənidir” – Moskva ilə İrəvan arasında QIRĞIN

“Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdan gələn parlament seçkilərində qalib gələrsə, Rusiya onların nəticələrini rəsmi olaraq tanımamalıdır”. Musavat.com-un xəbərinə görə, bunu Rusiya Dövlət Dumasının MDB İşləri üzrə Komitəsinin sədr müavini Konstantin Zatulin deyib. Onun sözlərinə görə, Paşinyan Rusiya əleyhinə fikirlərini heç vaxt gizlətməyib. Zatulin hesab edir ki, əgər erməni baş nazir yenidən seçilərsə, Ermənistanın Rusiyadan tamamilə ayrılmaq meyli davam edəcək.

Zatulin əmindir ki, Paşinyanın Rusiyanın tərəfini seçəcəyini gözləməyin mənası yoxdur: “O, Rusiyanın açıq düşmənidir. O, hakimiyyətə gələnə qədər niyyətlərini, məqsədlərini gizlətməli idi. Biz onun heç yerə getməyəcəyinə dair ümidlərlə özümüzü susdurmağa icazə verdik. Amma o, bizdən istifadə etdi. Baş nazir olmazdan əvvəl belə fikirlərini heç gizlətmədi. O yazırdı ki, keçmişdən, Rusiyadan qurtulmalıyıq, KTMT-dən, Avrasiya İttifaqından çıxmalıyıq, Gümrüdəki bazamızı çıxarmalıyıq. Sadəcə, hakimiyyətə gəldikdən sonra qəfildən tərəfimizə keçəcəyini və ya əqidəsini unudacağını düşünməyimiz zehnimizin bulanmasıdır. Bu mənada o, tamamilə ardıcıl bir insandır. Şübhəsiz ki, hiyləgərdir. Buna görə də bütün bunları, xüsusən də Kremldə Vladimir Vladimiroviç Putinlə görüşəndə mütləq ucadan demir. Amma indi o, həmin maskaları da çıxarıb”. Deputat vurğulayıb ki, Paşinyan yenidən seçilərsə, vəziyyət daha da pisləşəcək.

Qeyd edək ki, Paşinyan İrəvanda Volodimir Zelenski və Avropa liderlərini qəbul edib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ermənistan hakimiyyətinin” eyni vaxtda iki stulda oturmaq istədiyini” vurğulayıb. Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və orada Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb. Söhbət zamanı Rusiya tərəfi Ermənistanda Aİ tərəfindən təşkil edilən tədbirlər zamanı Ukrayna Prezidenti Volodimir Zelenskiyə Moskvanın Rusiyaya qarşı "terror təhdidləri" kimi qiymətləndirdiyi açıqlamalar vermək üçün platforma verilməsindən narazılığını bildirib. 

 Rusiya XİN-in bəyanatında belə deyilir.

Rusiya bu cür hərəkətlərin "haqlı qəzəb" doğurduğunu və İrəvanın buna rəsmi cavab verməməsinin Rusiya ilə Ermənistan arasındakı tərəfdaşlıq ruhuna uyğun olmadığını bildirib. Bu arada diplomatik mənbələrdən Rusiya mediasına bildirib ki, Rusiya Xarici İşlər Nazirliyində erməni səfirlə söhbət "son dərəcə sərt" olub. Mənbə əlavə edib ki, "9 may ərəfəsində İrəvanda təşkil edilən Rusiya əleyhinə tədbir və Volodimir Zelinskinin Ermənistan paytaxtında iştirak edənlərin susqun razılığı ilə Moskvaya ünvanlanan təhdidləri, Ermənistan rəhbərliyinin əvvəllər Moskvada səsləndirdiyi müttəfiq öhdəliklərinə və dostluq öhdəliklərinə ziddir". Ermənistan səfiri öz növbəsində Rusiya tərəfinin mövqeyini İrəvana çatdıracağını bildirib.

Bu arada İrəvanda hökumət brifinqində jurnalistlərin suallarını cavablandıran Baş nazir Nikol Paşinyan Rusiyanın narazılığına cavab olaraq deyib ki, “Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil”. O əlavə edib ki, rəsmi İrəvan keçmiş Sovet respublikalarının ərazi bütövlüyünün tanınması üçün əsas təşkil edən Alma-Ata Bəyannaməsini rəhbər tutur: "Bu, bizim prinsipial mövqeyimizdir".

Emil Salamoğlu
Musavat.com

Seçilən
32
50
musavat.com

10Mənbələr