AZ

Ermənistan uğrunda böyük qarşıdurma – London və Moskva üz-üzə

Rusiya Britaniyanın Moskvanın Ermənistanda seçkilərə müdaxiləsi ilə bağlı iddialarını rədd edib.

Musavat.com xəbər verir ki, bu barədə TASS Rusiya Federasiyasının Britaniyadakı səfirliyinə istinadən məlumat yayıb.

Diplomatik nümayəndəlik Londonun açıqlamalarını “cəfəng” adlandırıb. Səfirlik bildirib ki, Britaniyanın “neokolonial siyasəti” əvvəllər Kiyevdə dövlət çevrilişinə səbəb olub, indi isə Ermənistana yönəlib.

“Qərbin özü suveren dövlətlərin işlərinə müdaxilə etməyi dayandırmalıdır. Bu yaxınlarda Moldova və Rumıniyada da eyni addımlar atılıb. Oğrunun papağı yanar”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Xatırladaq ki, daha əvvəl Britaniya hökuməti Rusiyaya qarşı “ən sərt sanksiyalardan biri”ni tətbiq etdiyini açıqlamışdı. London həmçinin Rusiya Sosial Layihələndirmə Agentliyini Ermənistanda “prorusiya təşkilatları” yaratmaqda və hakimiyyət dəyişikliyinə təsir göstərməyə çalışmaqda ittiham edib.

Britaniya tərəfi əlavə olaraq “Dialoq” təşkilatını Putin administrasiyası və Rusiya xüsusi xidmət orqanları ilə əlaqələndirib, onun Ermənistanın daxili siyasətinə təsir kampaniyalarında iştirak etdiyini iddia edib.

Musavat.com

Seçilən
4
50
musavat.com

10Mənbələr