Xəbər verdiyimiz kimi, 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə İqtisadiyyat Nazirliyi rəsmi məlumat yayıb.Bu məlumatların yayılması fonunda qiymətlərin necə olacağı əhali arasında maraq doğurub. BUTA.TV xəbər verir ki, ADY-dən Bakupost.az-a qiymətlərin hələ ki müəyyənləşmədiyi bildirilib. Bakı-Tiflis qatarının sonuncu dəfə 6 il bundan əvvəl işlək olduğunu nəzərə aldıqda, marşrut üzrə qiymətləri xatırlamaq yerinə düşər. Belə ki, sonuncu dəfə Bakı-Tiflis qatarının qiymətləri aşağıdakı kimi olub: Plaskart - təxminən 24.54 AZN Kupe - təxminən 35.32 AZN SV (lüks) - təxminən 58.43 AZN Bu tariflər 2017-ci ildə endirimdən sonra tətbiq olunmuşdu. Hazırda qiymətlərin necə formalaşacağı ilə bağlı isə Bakı-Qazax qatar biletlərinin qiyməti ilə müqayisə apararaq, 10-20 AZN baha ola biləcəyini demək mümkündür. 2019-cu ildə Bakı-Ağstafa istiqamətində işləyən köhnə sürət qatarında bilet qiymətləri kupe üçün 14 AZN, SV (lüks) - 25 AZN idisə hazırda standart 16-18 AZN, standart+ sinfi 20-24 AZN, Biznes sinfi 33-38 AZN, birinci sinif isə 45-55 AZN təşkil edir.